İyirmi nəfəri girov götürən italiyalı gənc tutulub

Digər ölkələr
  • 29 noyabr, 2018
  • 10:58
İyirmi nəfəri girov götürən italiyalı gənc tutulub
AP Photo / Luca Bruno

Bakı. 29 noyabr. REPORT.AZ/ İtaliyanın Fyuci şəhərində dövlət müəssisənə soxulan kişi tərəfindən 20 nəfər girov götürülüb.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə İtaliyanın "Rainews24" telekanalı məlumat yayıb.

Hadisə yerinə gələn hüquq-mühafizə orqanları əməkdaşları gənci zərərsizləşdirərək tutublar.