İtaliyanın şimalında dörd nəfər pis hava şəraitinin qurbanı olub

İtaliyanın şimalında dörd nəfər pis hava şəraitinin qurbanı olub Daha iki nəfər itkin düşmüş hesab edilir
Digər ölkələr
7 Avqust , 2017 01:08
İtaliyanın şimalında dörd nəfər pis hava şəraitinin qurbanı olub

Bakı. 7 avqust. REPORT.AZ/ İtaliyanın şimalında tüğyan edən tufan və külək azı dörd nəfərin ölümünə səbəb olub.

"Report" xəbər verir ki, bu barədə "Corriere della Sera" qəzeti məlumat yayıb.

Məlumatda qeyd olunur ki, daha iki nəfər itkin düşmüş hesab edilir.

Bir nəfər Friuli-Venesiya-Culiya vilayətində ölüb. Ər və arvadın olduğu çadıra iri ağacın aşması nəticəsində onlardan biri dünyasını dəyişib. KİV-in məlumatına görə, həlak olmuş 41 yaşlı Belçika vətəndaşıdır.

Qonşu Veneto vilayətinə düşmüş daha bir ağac kənd bayramının iştirakçısının həlak olmasına səbəb olub. Yaralı xəstəxanaya yerləşdirilib, amma həkimlər onun həyatını xilas etməyə müvəffəq olmayıblar.

Üçüncü şəxs isə Alp dağları ətrafındakı Trentino-Alto-Adice vilayətinin 47 yaşlı sakinidir. Dördüncü şəxs isə Romadan olan 24 yaşlı turist olub. O, Breşia vilayətindən ölkənin şimalındakı Lombardiyaya gəlib.

Son xəbərlər

Orphus sistemi