İtaliyada zəlzələ olub

İtaliyada zəlzələ olub Xəsarət alanlar və ya dağıntı barədə məlumat verilmir
Digər ölkələr
19 Noyabr , 2017 18:19
İtaliyada zəlzələ olub

Bakı. 19 noyabr. REPORT.AZ/ İtaliyanın mərkəzində 4,4 bal gücündə zəlzələ olub.

"Report" xəbər verir ki, bu barədə ölkənin Geofizika və Vulkanologiya Milli İnstitutu məlumat yayıb.

Məlumatda bildirilir ki, yeraltı təkanlar Emiliya-Romanye vilayətində, Fornovo-di-Taro şəhərindən 4 kilometr məsafədə qeydə alınıb. Zəlzələ ocağı 31 kilometr dərinlikdə yerləşib.

Zəlzələnin episentrindən 20 kilometr radiusda 97 min insan yaşayır.

Xəsarət alanlar və ya dağıntı barədə məlumat verilmir.

Son xəbərlər

Orphus sistemi