İtaliyada təyyarə qəzası nəticəsində 2 nəfər ölüb

İtaliyada təyyarə qəzası nəticəsində 2 nəfər ölüb Bakı. 4 noyabr. REPORT.AZ/ Şənbə günü İtaliyanın şimalında yerləşən Venesiya şəhəri yaxınlığındakı Brian kəndində yüngülmühərrikli təyyarə qəzaya uğrayıb.
Digər ölkələr
4 Noyabr , 2018 01:43
İtaliyada təyyarə qəzası nəticəsində 2 nəfər ölüb

Bakı. 4 noyabr. REPORT.AZ/ Şənbə günü İtaliyanın şimalında yerləşən Venesiya şəhəri yaxınlığındakı Brian kəndində yüngülmühərrikli təyyarə qəzaya uğrayıb.

“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə RAI məlumat yayıb.

"SIAI-Marchetti SF-260" tipli təyyarənin göyərtəsində təlimatçı pilot və daha bir nəfər olub. Onların hər ikisi ölüb.

Hadisənin səbəbləri araşdırılır.

Bundan əvvəl Almaniyada yüngül mühərrikli təyyarə qəzaya uğrayıb.

Son xəbərlər

Orphus sistemi