İtaliyada Stromboli adasında güclü vulkan püskürüb, ölən və xəsarət alan var

Digər ölkələr
  • 03 iyul, 2019
  • 19:59
İtaliyada Stromboli adasında güclü vulkan püskürüb, ölən və xəsarət alan var

İtaliyada Stromboli adasında güclü vulkan püskürüb. 

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə çərşənbə günü ANSA agentliyi məlumat yayıb.

Şahidlərin sözlərinə görə, vulkanın üst hissəsindən gələn lava axınları görünür. Bundan əlavə, o, çox miqdarda qara qalın duman yaradır və qırmızı isti daşlar atır.

Hadisə zamanı bir nəfər həlak olub, bir nəfər yaralanıb. Bu barədə xəbəri Lipari şəhərinin meri Marko Cocianni təsdiqləyib.