İtaliyada koronavirusdan ölənlərin sayı artdı

Digər ölkələr
  • 19 mart, 2020
  • 18:31
İtaliyada koronavirusdan ölənlərin sayı artdı
google.az

İtaliyada son sutka ərzində 427 nəfər yeni növ koronavirusdan dünyasını dəyişib.

“Report” “TASS”a istinadən xəbər verir ki, bunu Mülki Müdafiə Departamentinin rəhbəri Ancelo Borrelli deyib.

Bildirilib ki, ümumilikdə ölkədə indiyədək 3 405 nəfər koronavirusun qurbanına çevrilib. Bununla da İtaliyada ölüm halları Çində qeydiyyata alınandan (3245) çoxdur.

Ölkədə sağalanların sayı 4 400 nəfərə çatsa da, hazırda 41 000 nəfər bu virusa yoluxub.

44 filmi