İtaliyada koronavirus qurbanlarının sayı sutka ərzində yeni rekord qırıb.
"Report" xarici mətbuata istinadən xəbər verir ki, bunu ölkənin Milli Müdafiə Xidmətinin başçısı Andjelo Borelli bildirib.
O, qeyd edib ki, ölkədə 627 nəfər COVİD-19 infeksiyasının qurbanı olub.
Dünən İtaliyada koronavirus qurbanlarının ümumi sayı 3,4 min nəfərə çatıb. Ölkə artıq bu göstəriciyə görə Çini qabaqlayıb.
“Bu gün biz 689 sağalma faktını qeydə almışıq, sağalanların ümumi sayı 5 129 nəfərə çatıb”, - Borelli brifinqdə bildirib.
Hazırda koronavirusa təxminən 38 min italiyalı yoluxub, sutka ərzində bu göstərici 4 670 nəfər artıb. Martın 19-da virusa yoluxanların sayı 4,5 min nəfər artıb, bundan əvvəl sutka ərzində artım 3 min nəfər təşkil edib.