Yuxarı
    Bağlamaq

    İtaliyada hərbi zavodda partlayış olub

    Zavodun gənc qadın əməkdaşı yaralanıb

    Bakı. 23 dekabr. REPORT.AZ/ İtaliyanın Peruca əyalətinin Bayano-di-Spoleto yaşayış məntəqəsində döyüş sursatı istehsal edən zavodda partlayış baş verib.

    "Report" "RaiNews24" telekanalına istinadən xəbər verir ki, hadisə nəticəsində zavodun 24 yaşlı qadın əməkdaşı yaralanıb.

    Zərərçəkən xəstəxanaya yerləşdirilib. Hadisə yerinə yanğınsöndürən və polis əməkdaşları cəlb olunub. Partlayışın səbəbi hələ ki, məlum deyil.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi