İtaliyada Etna vulkanının püskürməsi zamanı 10 turist xəsarət alıb - VİDEO

İtaliyada Etna vulkanının püskürməsi zamanı 10 turist xəsarət alıb - VİDEO Buna səbəb turistlərin vulkanın kraterinə çox yaxınlaşmaları olub
Digər ölkələr
16 Mart , 2017 23:29
İtaliyada Etna vulkanının püskürməsi zamanı 10 turist xəsarət alıb - VİDEO
Courtesy İmage

Bakı. 16 mart. REPORT.AZ/ İtaliyanın Siciliya adasında Etna vulkanının püskürməsi zamanı 10 nəfər xəsarət alıb.

"Report"un məlumatına görə, bu barədə "La Republica" xəbər verib.

Nəşrin xəbərində bildirilir ki, xəsarət alanlar turistlərdir. Onlar vulkanın kraterinə çox yaxınlaşıblar. Nəticədə yanıq və digər xəsarətlər alıblar.

Hazırda yaralıların vəziyyətinin sabit olduğu, onların həyatı üçün təhlükənin olmadığı bildirilir.

Qeyd edək ki, Etna vulkanı son üç həftə ərzində artıq 3-cü dəfədir ki, püskürür. Vulkanın lavasının hündürlüyü 270 metr yüksəkliyə çatır. 

Son xəbərlər

Orphus sistemi