İtaliyada 6 turist öldürülüb

İtaliyada 6 turist öldürülüb İtaliyanın şimalındakı Tirol vilayətinin qış-xizək turizmi bölgəsi sayılan Lutaqoda sərxoş sürücü avtomobili Almaniiyadan gəlmiş turistlərin üstünə sürüb.
Digər ölkələr
5 Yanvar , 2020 12:30
İtaliyada 6 turist öldürülüb

İtaliyanın şimalındakı Tirol vilayətinin qış-xizək turizmi bölgəsi sayılan Lutaqoda sərxoş sürücü avtomobili Almaniiyadan gəlmiş turistlərin üstünə sürüb.

“Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, hadisə nəticəsində 6 turist ölüb, 11-i yaralanıb.

Hücumun Avstriya ilə sərhədə yaxın yerləşən klublardan birinin qarşısında baş verdiyi bildirilir. Yaralı turistlərin bir qisminə İtaliyada, bir qisminə isə Avstriyada yardım göstərilib.

Polis sürücünü saxlayıb, onun 28 yaşlı olduğu və həddindən çox spirtli içki qəbul etdiyi bildirilir.

Hadisə yerinə İtaliyanın xilasetmə xidmətinin 160-dan çox əməkdaşı cəlb olunub. Hələ ki, maşınla vurulmuş turistlərin adları açıqlanmayıb. 

Son xəbərlər

Orphus sistemi