İtaliyada baş vermiş zəlzələ zamanı onlarla insan yaralanıb - YENİLƏNİB

İtaliyada baş vermiş zəlzələ zamanı onlarla insan yaralanıb - YENİLƏNİB Zəlzələ zamanı ölən olmayıb
Digər ölkələr
30 Oktyabr , 2016 15:09
İtaliyada baş vermiş zəlzələ zamanı onlarla insan yaralanıb - YENİLƏNİB

Bakı. 30 oktyabr. REPORT.AZ/ Bu gün səhər İtaliyada baş vermiş güclü zəlzələ nəticəsində onlarla insan yaralanıb. 

"Report" "TASS"a istinadən xəbər verir ki, bu barədə Mülki Müdafiə Departamentinin rəhbəri Fabrisio Kurço məlumat verib.

"Zəlzələ zamanı ölən olmayıb. Amma bizə onlarla insanın xəsarət alması barədə məlumat daxil olub. Onlardan birinin vəziyyəti ağırdır. Lakin hər şeyi yoxlamaq üçün vaxt lazımdır" - deyə o bildirib.

Qeyd edək ki, zəlzələ həmçinin çoxsaylı dağıntılara səbəb olub. Təbii fəlakət bir sıra yaşayış məntəqələrində binaların ziyan çəkməsi və dağıntılarla nəticələnib.

Bununla yanaşı, Roma metrosu da müvəqqəti olaraq sərnişinlərin üzünə bağlanıb. Yeraltı təkanlardan təlaşa düşmüş sakinlərin bəziləri mənzillərini tərk ediblər.

İtaliyanın Mülki Müdafiə Milli Xidmətinin məlumatına görə, təbii fəlakət zamanı ölənlər və ya yaralananlar qeydə alınmayıb.

Qeyd edək ki, bu gün yerli vaxtla saat 07:41-də İtaliyada 6,7 ballıq (bəzi məlumatlara görə 7,1 bal) zəlzələ baş verib. Zəlzələdən sonrakı 20 dəqiqə ərzində 4,1 və 4,6 bal gücündə daha 2 yeraltı təkan qeydə alınıb.

Yeraltı təkanlar ölkənin hər yerində, o cümlədən paytaxt Romada hiss edilib. 



***10:58

İtaliyada 6,7 bal gücündə zəlzələ baş verib.

"Report" "TASS"a istinadən xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Məlumata görə, yeraltı təkanların episentri Roma şəhərindən 132 kilometr şimal-şərqdə yerləşib. 

Hələlik itki və dağıntılar barəsində məlumat verilmir.

Son xəbərlər

Orphus sistemi