Bakı. 10 aprel. REPORT.AZ/ İtaliyada 4,7 maqnituda zəlzələ baş verib.
“Report” xəbər verir ki, bu barədə Avropa Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Bildirilir ki, yeraltı təkanlar paytaxt Romadan 138 km şimalda qeydə alınıb. Zəlzələnin ocağı yerin 9 km dərinliyində olub.
Hazırda mümkün dağıntı və tələfat barədə məlumat yoxdur.