İtaliyada 11 məmur mafiyaya yardım etməkdə şübhəli bilinir

İtaliyada 11 məmur mafiyaya yardım etməkdə şübhəli bilinir İtaliyanın Maliyyə Qvardiyasının (Maliyyə Nazirliyinin güc bölməsi – red.) 500-ə yaxın əməkdaşı bütün ölkə ərazisində “Ndranqeta” mafiya qruplaşmasına qarşı genişmiqyaslı xüsusi əməliyyat keçirir.
Digər ölkələr
28 May , 2020 12:50
İtaliyada 11 məmur mafiyaya yardım etməkdə şübhəli bilinir

İtaliyanın Maliyyə Qvardiyasının (Maliyyə Nazirliyinin güc bölməsi – red.) 500-ə yaxın əməkdaşı bütün ölkə ərazisində “Ndranqeta” mafiya qruplaşmasına qarşı genişmiqyaslı xüsusi əməliyyat keçirir.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə ANSA agentliyi məlumat yayıb.

Recco Kalabriya əyalət Prokurorluğu tərəfindən aparılan istintaq zamanı məmurların və sahibkarların mafiya klanları ilə əlaqələri aşkarlanıb. Məlumata görə, onlarla şəxs saxlanılıb, 11 məmur mafiya ilə əlaqədə şübhəli bilinir. 103 milyon avro məbləğində daşınmaz və digər növ əmlakın müsadirə edildiyi qeyd olunur.

Qeyd edək ki, narkotik ticarəti ilə də məşğul olan “Ndranqeta” mafiyası İtaliyanın ən nüfuzlu kölgə təşkilatı hesab olunur. Bir neçə il əvvəl Kalabriya mafiyasının ölkənin şimal bölgələrində, eləcə də digər Avropa ölkələrində qanuni biznes yolu ilə “çirkli pulları” yuduğu müəyyən edilmişdi.

Son xəbərlər

Orphus sistemi