Yuxarı
    Bağlamaq

    ​İtaliya XİN başçısı: "İraqda İŞİD-in nəzarətində olan ərazilərin 40 faizi təmizlənib"

    İŞİD İraq və Suriyada məğlub olarsa, o zaman Liviyada yerləşər

    Bakı. 2 fevral. REPORT.AZ/ "Terrorçuluğa qarşı mübarizə beynəlxalq koalisiyası 2015-ci ildə terrorçu İŞİD qruplaşmasının İraqda ələ keçirdiyi ərazilərin 40 faizini, Suriyada isə 20 faizini geri alıb".

    "Report" xəbər verir ki, bunu İtaliyanın xarici işlər naziri Paolo Centiloni yerli "İl Messaggero" qəzetinə müsahibəsində bildirib.

    Onun sözlərinə görə, terrorçuların nəzarəti altında olan Rakka (Suriya) şəhəri ilə Mosul (İraq) arasında əlaqə xətləri demək olar ki, kəsilib.

    "Belə bir risk mövcuddur: İŞİD İraq və Suriyada məğlub olarsa, o zaman Liviyada yerləşər. Biz bu riskə diqqət yetirməliyik", - italyan nazir vurğulayıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi