İsveçrədən Rusiyaya uçan sərnişin təyyarəsində yanğın baş verib

İsveçrədən Rusiyaya uçan sərnişin təyyarəsində yanğın baş verib "Airbus A321" təyyarəsi geri qayıtmaq məcburiyyətində qalıb
Digər ölkələr
26 Fevral , 2017 20:10
İsveçrədən Rusiyaya uçan sərnişin təyyarəsində yanğın baş verib

Bakı. 26 fevral. REPORT.AZ/ Rusiyanın "Aeroflot" aviaşirkətinə məxsus "Airbus A321" tipli sərnişin təyyarəsi Sürixdən Moskvaya uçarkən geri qayıtmaq məcburiyyətində qalıb.

"Report" xəbər verir ki, heyət üzvləri hava gəmisinin mühərriklərindən birində yanğının baş verdiyini bildiriblər.

Təyyarənin bütün sərnişinləri axşam reysi ilə Moskvaya yola salınacaq.

Son xəbərlər

Orphus sistemi