Bakı. 4 avqust. REPORT.AZ/ İsveçrədə yüngül mühərrikli təyyarə qəzaya uğrayıb.
"Report" xəbər verir ki, bu barədə "Blick" məlumat yayıb.
Məlumatda bildirilir ki, hadisə Enqadin regionunda baş verib. Qəza zamanı təyyarədə 17 yaşlı pilot və 14 yaşlı iki sərnişin olub. Onların hamısı hadisə zamanı həlak olub.
İnsidentin səbəbi hələlik məlum deyil.