İsveçrədə silahlı şəxs evdə iki qadını və özünü öldürüb
Digər ölkələr
- 31 may, 2019
- 12:14
İsveçrənin Sürix şəhərində silahlı şəxs evdə girov götürdüyü iki qadını güllələyərək öldürüb, daha sonra özü də intihar edib.
“Report” “The Local”a istinadən xəbər verir ki, polisdən verlən məlumata görə, səhər tezdən bir qadın polisə zəng vurub kömək istəyib.
Hadisə yerinə gələn polisə 60 yaşlı şəxs girov götürdüyü 34 və 38 yaşlı iki qadını güllələyəcəyini bildirib. O, təqribən, üç saat sonra əməlindən imtina etdiyini və 10 dəqiqəyə təslim olacağını bildirsə də, az sonra bir neçə atəş səsi eşidilib. İçəri girən polis həmin şəxsi və iki qadını ağır yaralanmış vəziyyətdə aşkarlayıb. Yaralı şəxslərin həyatını xilas etmək mümkün olmayıb. Onların üçü də ölüb.
Hadisənin səbəbləri məlum deyil.
Faktla bağlı araşdırma aparılır.
Son xəbərlər
00:16
Azərbaycanda istehsal olunan pambığın ixrac səbəbi açıqlanıb
ASK00:00
Foto
Leyla Əliyeva Əbu-Dabidə "İnsan Qardaşlığı Məclisi" tədbirində iştirak edib
Xarici siyasət23:55
Foto
Azərbaycan və Serbiya arasında çoxtərəfli siyasi məsləhətləşmələr keçirilib
Xarici siyasət23:43
İranın Azərbaycana yaxın ərazisində zəlzələ olub
Region23:26
WSJ: İran gəmiləri Hörmüz boğazında ABŞ tankerini saxlamaq istəyib
Digər ölkələr23:04
KİV: Qəddafinin oğlu Seyf əl-İslam Liviyanın qərbində öldürülüb
Digər ölkələr23:01
Vaşinqtonda ABŞ və Kolumbiya Prezidentlərinin görüşü keçirilir
Digər ölkələr22:58
Rusiya-Ukrayna danışıqlarında Uitkoff və Kuşnerin iştirakı təsdiqlənib
Digər22:50