İsveçrədə qatar relsdən çıxıb

İsveçrədə qatar relsdən çıxıb Bakı. 18 fevral. REPORT.AZ/ İsveçrənin Bazel şəhərinin dəmir yolu stansiyasının yaxınlığında Berlindən İnterlaken kurort şəhərinə hərəkət edən yüksək sürətli ICE (Intercity-Express) qatarı relsdən çıxıb.
Digər ölkələr
18 Fevral , 2019 10:07
İsveçrədə qatar relsdən çıxıb

Bakı. 18 fevral. REPORT.AZ/ İsveçrənin Bazel şəhərinin dəmir yolu stansiyasının yaxınlığında Berlindən İnterlaken kurort şəhərinə hərəkət edən yüksək sürətli ICE (Intercity-Express) qatarı relsdən çıxıb.

"Report" Rusiya KİV-inə istinadən xəbər verir ki, bu barədə İsveçrə dəmir yollarının saytında məlumat verilib.

Qeyd olunur ki, hadisə zamanı qatarda 240 nəfər olub.

Qəzadan sonra bütün sərnişinlər təxliyyə edilib, heç kim ağır xəsarət almayıb.

Qatarın relsdən çıxmasının səbəbləri barədə məlumat verilmir.

Son xəbərlər

Orphus sistemi