Bakı. 23 Avqust. REPORT.AZ/ İsveçrənin Dittingen kommunasında keçirilən aviaşou zamanı iki təyyarə toqquşub.
"Report" xəbər verir ki, bu barədə yerli mətbuat yazıb.
Ölkənin fövqəladə hallar rəsmisinin sözlərinə görə, pilotlardan biri uğurla təyyarəni tərk edə bilib.
İnsidentin səbəbləri araşdırılır.