Bakı. 28 fevral. REPORT.AZ/ İsveçin Malmö şəhərində partlayış baş verib.
"Report" xəbər verir ki, əraziyə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb edilib.
İddia olunur ki, hazırda insident nəticəsində xəsarət alanların olması ilə bağlı əlamətlər müşahidə edilmir. Ərazidə çoxmənzilli bina mühasirəyə alınıb.