Bakı. 4 mart. REPORT.AZ/ İsveçin Lofsdalen dağ-xizək kurortu ərazisində 40-a yaxın turisti aparan avtobus yol qəzasına düşüb.
“Report” xəbər verir ki, bu barədə yerli xilasetmə xidmətləri nümayəndələrinə istinadən "Expressen" nəşri yazıb.
Bildirilir ki, hadisə nəticəsində bir neçə nəfər xəsarət alıb.
Qəzaya pis hava şəraitinin səbəb olduğu ehtimal edilir.