Yuxarı

İstanbul hava limanında tavan uçub: 4 nəfər xəsarət alıb

Hadisənin baş vermə səbəbləri araşdırılır

Bakı. 8 may. REPORT.AZ/ Bu gün Türkiyədə, İstanbul Atatürk hava limanında yerli aviareys sərnişinlərinin yoxlanılması üçün nəzərdə tutulan zalda asma tavanın bir hissəsi uçub. 

"Report"un "CNN Türk" telekanalına istinadən verdiyi məlumata görə, hadisə nəticəsində hava limanının 3 işçisi və 1 sərnişin xəsarət alıb. Onların hamısı xəstəxanaya yerləşdirilib. Hadisənin baş vermə səbəbləri araşdırılır.  

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi