Yuxarı

​İsrailin sabiq prezidenti yenidən xəstəxanaya yerləşdirilib

Şimon Peresə ürək ritmlərinin cüzi pozulması diaqnozu qoyulub

Bakı. 25 yanvar. REPORT.AZ/ İsrailin sabiq prezidenti Şimon Peres döş qəfəsində ağrılar səbəbindən yenidən xəstəxanaya yerləşdirilib.

"Report" xəbər verir ki, bu barədə "Jerusalem Post" nəşri yazıb.

Həkimlərin məlumatına görə, Peresə ürək ritmlərinin cüzi pozulması diaqnozu qoyulub.

Peres yanvarın 14-də də döş qəfəsində ağrılar səbəbindən xəstəxanaya yerləşdirilmişdi. İlkin müayinədən sonra onda ürək ritminin dəyişməsi qeydə alınmışdı.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi