İsrailin Hərbi Hava Qüvvələri martın 26-dan 27-ə keçən gecə Qəzza sektoruna bir neçə hava zərbəsi endirib.
"Report" xəbər verir ki, bu barədə
İlkin məlumata görə, zərbələrin əsas hədəfi HƏMAS-ın obyektləri olub.
Xatırladaq ki, martın 26-da uzun sürən sakitlikdən sonra Qəzza sektorunda raket atəşlərinin mümkün yenilənməsi haqqında İsrailin cənubunda sakinlərə xəbərdarlıq edilərək, həyəcan siqnalları işə salınıb. Məlumata görə, İsrailin Hərbi Hava Qüvvələri bir raketin işə salındığını qeydə alıb.