İsrailin artilleriya atəşi nəticəsində 1 fələstinli ölüb, 2-si yaralanıb

İsrailin artilleriya atəşi nəticəsində 1 fələstinli ölüb, 2-si yaralanıb Artilleriya atəşi Rafah şəhərinin şərqinə endirilib
Digər ölkələr
22 Mart , 2017 07:17
İsrailin artilleriya atəşi nəticəsində 1 fələstinli ölüb, 2-si yaralanıb

Bakı. 22 mart. REPORT.AZ/ İsrailin Qəzza zolağını artilleriya atəşinə tutması nəticəsində 1 nəfər ölüb, daha ikisi yaralanıb.

"Report" xəbər verir ki, bu barədə Fələstin Muxtariyyətinin Səhiyyə Nazirliyinin nümayəndəsinə istinadən "Frans Press" məlumat yayıb.

"İşğalçıların (İsrail) Rafah şəhərinin şərqini artilleriya atəşinə tutması nəticəsində on səkkiz yaşlı Yusif əbu Əzra öldürülüb, daha iki nəfər yaralanıb", - deyə agentlik nazirlik nümayəndəsi Əşrəf əl-Qodrinin sözlərini sitat gətirib.

Son xəbərlər

Orphus sistemi