İsraildə yol qəzası olub, ölənlər və yaralananlar var

Digər ölkələr
  • 04 noyabr, 2018
  • 15:52
İsraildə yol qəzası olub, ölənlər və yaralananlar var

Bakı. 4 noyabr. REPORT.AZ/ İsraildə bir neçə nəfərin ölümü və xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

Bu barədə "Report" "The Jerusalem Post"a istinadən xəbər verir.

Məlumata görə, hadisə İordaniya vadisi, 90 nömrəli şossedə baş verib. Yük maşını ilə mikroavtobusun toqquşması nəticəsində 7 nəfər ölüb, daha 5 nəfər yaralanıb. Yaralılar xəstəxanaya yerləşdirilib.

Nəşrin məlumatına görə, yük avtomobilinin sürücüsü hadisə zamanı yüngül xəsarət alıb. Həkimlər onu müayinə etdikdən sonra sürücü polis tərəfindən həbs edilib.