İsrail parlamentinə (Knesset) keçirilən seçkilərin yekun nəticələri açıqlanıb.
“Report” "
Səsvermənin nəticələrinə görə, “Kaxol Lavan” bloku qanunverici orqanda 33, Likud Partiyası 32, Ərəb Birliyinın Siyahısı 13, ŞAS (İsrailin Ultra-Dini Siyasi Partiyası) 9, Bizim Evimiz İsraildir Partiyası 8, “Yadut a-Tora” 7, “Yamina” 7, “Avoda-Qeşer” 6, Demokratik Düşərgə Partiyası 5 mandat qazanıb.
Böyük ehtimalla “Kaxol Lavan” və “Likud”un milli birlik koalisiya hökuməti quracaq. Bu isə fəaliyyətdə olan Baş nazir Binyamin Netanyahunun yenidən hökumətə başçılıq edəcəyini deməyə əsas verir.
Sol mərkəzçilərin ultraortadoksallarla hökumət formalaşdırmaları mandatların sayına görə mümkün olmayacaq.
Qeyd edək ki, sentyabrın 17-də İsrail parlamentinə növbədənkənar seçkilər keçirilib. Knesset 120 deputadan ibarətdir.
Xatırladaq ki, seçkidən az öncə İsrail hökumətinin Vaşinqtonda Ağ ev yaxınlığında müşahidə aparatı quraşdırdığına dair xəbərlər yayılmışdı.