İsraildə koronavirusa yoluxanların sayı 8 500-ü ötdü, 51 nəfər öldü

Digər ölkələr
  • 06 aprel, 2020
  • 06:03
İsraildə koronavirusa yoluxanların sayı 8 500-ü ötdü, 51 nəfər öldü

İsraildə son sutkada koronavirusa daha 593 nəfər yoluxub.

“Report” “Haaretz”a istinadən xəbər verir ki, məlumatı İsrailin Səhiyyə Nazirliyi yayıb.

Ölkədə aprelin 6-dək 8 611 nəfər pandemiya yoluxub, 51 nəfər isə infeksiyadan ölüb. Yoluxanlardan 141-nin vəziyyəti ağırdır.

Məlumata görə, ölənlər əsasən, 49-98 yaş arasında olan şəxslərdir.