İsraildə ilk İsrail-Fələstin ticarət mərkəzi inşa ediləcək

Digər ölkələr
  • 28 iyun, 2016
  • 07:09
İsraildə ilk İsrail-Fələstin ticarət mərkəzi inşa ediləcək

Bakı. 28 iyun. REPORT.AZ/ İsraildə ilk İsrail-Fələstin ticarət mərkəzi inşa ediləcək.

"Report" "Times of İsrael"ə istinadən xəbər verir ki, belə ticarət mərkəzinin yaradılması ideyası iş adamı Rami Leviyə məxsusdur.

Obyekt İsrailin İordan çayının Qərb sahili sərhədində, Fələstin dövlətinin inzibati paytaxtı Ramallahın yaxınlığında tikiləcək.

R.Levinin sözlərinə görə, bu ideyanın məqsədi israillilər və fələstinlilərin birgə yaşayışı və işləməsi üçün şərait yaratmaqdır.

Son xəbərlər

Bütün Xəbər Lenti