İsrail qondarma "erməni soyqırımı"nı tanımaqdan imtina edib

İsrail qondarma "erməni soyqırımı"nı tanımaqdan imtina edib Knesset qanun layihəsini ilkin səsvermədə rədd edib
Digər ölkələr
14 Fevral , 2018 22:56
İsrail qondarma erməni soyqırımını tanımaqdan imtina edib

Bakı. 14 fevral. REPORT.AZ/ İsrail Knesseti (Parlament) çərşənbə günü uydurma erməni soyqırımı ilə bağlı qanun layihəsini qəbul etməyib.

“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə "Jerusalem post" yazıb.

"Knesset "Eş Atid" partiyasının sədri Yair Laipdin dəstəklədiyi İsrailin qondarma erməni soyqırımını tanıması barədə qanun layihəsini ilkin səsvermədə rədd edib", - deyə məlumatda bildirilir.

Son xəbərlər

Orphus sistemi