İsrail parlamentinin sədri istefa verdi

Digər ölkələr
  • 15 may, 2020
  • 13:20
İsrail parlamentinin sədri istefa verdi
“Kaxol Lavan” blokunun rəhbəri Beni Qans

İsrail parlamentinin sədri, “Kaxol Lavan” blokunun rəhbəri Beni Qans vəzifədən istefa verib.

“Report”un xəbərinə görə, məlumatı “Newsru” yayıb.

Bu qərar İsrailin 35-ci hökumətinin andiçməsi ərəfəsində qəbul olunub.

Məlumata görə, hökumət mayın 17-də and içəcək.

Xatırladaq ki, İsrail Nazirlər Kabinetinin andiçmə mərasimi mayın 13-nə planlaşdırılmışdı. ABŞ-ın dövlət katibi Maykl Pompeonun İsrailə səfəri ilə əlaqədar bu tədbirin keçirilməsi mayın 14-ünə dəyişdirilmişdi.