İsrail hərbçiləri Livan sərhədçiləri istiqamətində atəş açıblar

İsrail hərbçiləri Livan sərhədçiləri istiqamətində atəş açıblar Hadisə sərhədin hər iki tərəfində gərginliyə səbəb olub
Digər ölkələr
12 Noyabr , 2017 05:52
İsrail hərbçiləri Livan sərhədçiləri istiqamətində atəş açıblar

Bakı. 12 noyabr. REPORT.AZ/ İsrail sərhədçiləri şənbə günü Mərcayun rayonunun Blida yaşayış məntəqəsi ərazisində Livan hərbçilərinə xəbərdarlıqedici atəş açıblar.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə "Al Wataniya" nəşri yazıb.

Bildirilir ki, hadisə sərhədin hər iki tərəfində gərginliyə səbəb olub.

BMT müvəqqəti qüvvələrinin Livandakı sülhməramlıları hazırda atəşin açılmasına səbəb olan amilləri araşdırır.

Son xəbərlər

Orphus sistemi