İsrail hərbçiləri ilə toqquşmalarda ölən fələstinlilərin sayı artıb, yüzlərlə insan yaralanıb - YENİLƏNİB

İsrail hərbçiləri ilə toqquşmalarda ölən fələstinlilərin sayı artıb, yüzlərlə insan yaralanıb - YENİLƏNİB Bakı. 29 iyun. REPORT.AZ/ Qəzza sektorunda İsrail hərbçiləri və polis əməkdaşları ilə toqquşmalarda ölən fələstinlilərin sayı 2 nəfərə çatıb.
Digər ölkələr
29 İyun , 2018 23:27
İsrail hərbçiləri ilə toqquşmalarda ölən fələstinlilərin sayı artıb, yüzlərlə insan yaralanıb - YENİLƏNİB

Bakı. 29 iyun. REPORT.AZ/ Qəzza sektorunda İsrail hərbçiləri və polis əməkdaşları ilə toqquşmalarda ölən fələstinlilərin sayı 2 nəfərə çatıb.

"Report" xəbər verir ki, bu barədə WAFA agentliyi mənbəyə istinadən xəbər verib.

Xəbərdə bildirilir ki, hadisə Rafah şəhəri yaxınlığında baş verib. İsrailin polis əməkdaşının nümayişçilərdən ibarət qrupa açdığı atəş nəticəsində fələstinli gənc öldürülüb. Qarşıdurmalar zamanı həmçinin 300-dən çox insan yaralanıb.  


***22:18

Qəzza sektorunda İsrail hərbçiləri ilə toqquşmalarda daha 1 fələstinli həlak olub, 300-dən çox insan yaralanıb.

"Report" xəbər verir ki, bu barədə RİA "Novosti"yə yerli Səhiyyə Nazirliyinin nümayəndəsi Əşrəf əl-Kidra bildirib.

"Böyük qayıdış marşı" adlı etirazlar 3 aydır mütəmadi olaraq davam edir. Aksiyanın miqyasının indi əvvəlkindən daha geniş olduğu bildirilir.

"İsrail hərbçilərinin Xan-Yunis şəhərinin şərqində açdığı atəş nəticəsində 13 yaşlı fələstinli həlak olub. Daha 310 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıblar. Onlardan 3-ü ağır vəziyyətdədir", - deyə nazirliyin rəsmisi agentliyə bildirib. O, əlavə edib ki, yaralılardan 6-ı uşaqdır.

İsrail hərbçiləri anklav sərhədindəki aksiyada 2 min fələstinlinin iştirak etdiyini bildiriblər. 

Son xəbərlər

Orphus sistemi