İspaniyaya yağan güclü qar 4 minə yaxın avtomobilin hərəkətini çətinləşdirib
Digər ölkələr
- 07 yanvar, 2018
- 14:58
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 7 yanvar. REPORT.AZ/ İspaniyaya yağan güclü qar bir neçə min avtomobilin hərəkətini çətinləşdirib. Pis hava şəraiti səbəbindən onlarla yol bağlanıb.
“Report” xəbər verir ki, bu barədə yerli Baş Yol İdarəsinə istinadən RİA "Novosti" məlumat yayıb.
Agentliyin məlumatına görə, daha çətin vəziyyət paytaxt Madridlə ölkənin şimal-qərb hissəsini birləşdirən A-6 və AP-6 yollarında yaranıb. Təqribən 4 min sürücü pis hava şəraiti səbəbindən ötən gecəni yollarda keçirməli olub. Təbii fəlakətin fəsadlarının aradan qaldırılmasına 250-yə yaxın hərbçi cəlb olunub.
Təkrar güclü qar yağması təhlükəsi ilə əlaqədar olaraq İspaniyanın otuz əyalətində yüksək təhlükə səviyyəsi elan olunub.
Son xəbərlər
17:27
"Real"ın Vinisiusla bağlı apellyasiya şikayəti rədd edilib
Futbol
17:23
Foto
Dövlət Müəssisələri üzrə Qlobal Konfrans gələn il Bakıda keçiriləcək
Maliyyə
17:22
Lekornyu Fransada gözlənilən etiraz aksiyaları səbəbindən iclas çağırıb
Digər ölkələr
17:16
Azərbaycan İraqdan "Aİ-92" markalı benzin tədarük etməyə başlayıb
Energetika
16:56
Əlilliyi olan şəxslər, şəhid ailələrinin mənzil və reabilitasiya xidməti ilə təmini üçün vəsaitin ayrılma müddəti uzadılıb
Daxili siyasət
16:54
Premyer Liqa: VIII turun açılış matçında "Şamaxı" "Şəfa"ya qalib gəlib
Futbol
16:53
Azərbaycan İsveçrəyə qızıl tədarükündən qazancını 30 %-ə yaxın artırıb
Biznes
16:50
BTQ Yeni Kaledoniyanın təbii sərvətlərinin müstəmləkəçi istismarını pisləyib
Xarici siyasət
16:32
Azərbaycanda daha bir sığorta agentinin lisenziyası ləğv edilib
Maliyyə