İspaniyanın keçmiş müdafiə nazirinin meyiti evində aşkarlanıb

İspaniyanın keçmiş müdafiə nazirinin meyiti evində aşkarlanıb Karme Çakonun ölümünün səbəbi rəsmi olaraq, açıqlanmasa da onun ürəyində problem olduğu bildirilib
Digər ölkələr
10 Aprel , 2017 12:50
İspaniyanın keçmiş müdafiə nazirinin meyiti evində aşkarlanıb

Bakı. 10 aprel. REPORT.AZ/ İspaniyanın keçmiş müdafiə naziri 47 yaşlı Karme Çakon vəfat edib.

“Report” İspaniya KİV-inə istinadən xəbər verir ki, onun meyiti Madriddə yaşadığı evdə aşkarlanıb.

Keçmiş nazirin ölümünün səbəbi rəsmi olaraq, açıqlanmasa da onun ürəyində problem olduğu bildirilib. 

Qeyd edək ki, K.Çakon Barselonada anadan olub. 23 yaşında İspaniya Sosialist Fəhlə Partiyasına daxil olub. 2000-ci ildə parlamentin Aşağı Palatsının deputat seçilib. 2004-cü ildə parlament sədirinin müavini olub.

O, 2008-ci ildə Xose Luis Sapatero hökumətində müdafiə naziri vəzifəsinə təyin edilib. K.Çakon bu vəzifəyə təyin ediləndə 7 aylıq hamilə imiş. 2013-cü ildə isə deputatlıqdan imtina edərək, ABŞ-ın Florida ştatında Mayami-Deyd kollecində müəllim işləyib. 2016-cı ildə o,İspaniya Sosialist Fəhlə Partiyası üzvülüyündən çıxıb.

Son xəbərlər

Orphus sistemi