İspaniyanın baş naziri istefa verib, yeni hökumət başçısı seçilib - YENİLƏNİB

İspaniyanın baş naziri istefa verib, yeni hökumət başçısı seçilib - YENİLƏNİB Bakı. 1 iyun. REPORT.AZ/ Mariano Raxoyun istefasından sonra İspaniyanın yeni baş naziri seçilib.
Digər ölkələr
1 İyun , 2018 13:54
İspaniyanın baş naziri istefa verib, yeni hökumət başçısı seçilib - YENİLƏNİB
İspaniyanın baş naziri Mariano Raxoy / REUTERS/Stringer
0 : 00
0 : 00

Bakı. 1 iyun. REPORT.AZ/ Mariano Raxoyun istefasından sonra İspaniyanın yeni baş naziri seçilib.

“Report” “El Pais”ə istinadən xəbər verir ki, bu gün parlamentdə hökumət başçısı seçkisi keçirilib. 

Sosialist Partiyasının sədri Pedro Sançes baş nazir seçilib. Parlamentin 350 deputatından 180-ni P.Sançesin lehinə səs verib.


*** 13:26

İspaniyanın Baş naziri Mariano Raxoy istefa verib.

“Report” “Haberler”ə istinadən bildirir ki, adı korrupsiya qalmaqalında hallanan hökumət başçısı istefa verdiyini açıqlayıb. 

O, parlamentin etimadını qazana bilməyəcəyindən bu addımı atdığını söyləyib: “Çox güman ki, səsvermədə mənim baş nazir olaraq, qalmağıma ehtimad göstərilməyəcək. Bu isə Sosialist Partiyasının sədri Pedro Sançesin yeni baş nazir olacağı deməkdir. Ölkəmə xidmət etmək mənim üçün şərəfdir”.

Qeyd edək ki, İspaniyanın əsas müxalifət təşkilatı olan Sosialist Partiyası hakim Xalq Partiyasını korrupsiyada ittiham etmişdi. 

Son xəbərlər

Orphus sistemi