Bakı. 12 avqust. REPORT.AZ/ İspaniyanın Saraqosa şəhərində yerləşən ticarət mərkəzində baş verən atışma nəticəsində 2 nəfər ağır yaralanıb.
"Report" TASS-a istinadən xəbər verir ki, hadisə yerli vaxtla saat 11 radələrində baş verib.
Yerli polisin məlumatına görə, naməlum şəxs avtomobildən atəş açıb. Hadisənin məişət zəmnində baş verdiyi ehtimal edilir.