Yuxarı

İspaniyada kralın bacısının məhkəmə işi başlayıb

İnfanta Kristina büdcədən 6 milyon avro mənimsəməkdə ittiham olunur

Bakı. 11 yanvar. REPORT.AZ/ Mayorkada İspaniya kralının bacısı infanta Kristinanın maliyyə fırıldaqçılığı üzrə məhkəmə işi başlayıb. "Report" "Rosbalt"a istinadən xəbər verir ki, o, büdcədən 6 milyon avro mənimsəməkdə ittiham olunur.

Məhkəmə iclasına infanta həyat yoldaşı Inyaki Urdanqarinlə birgə gəlib.

Qeyd edək ki, bu iş üzrə kralın bacısından əlavə, daha 17 nəfərin adı hallanır. Məhkəmənin bu il iyunun 30-da hökmünü verəcəyi gözlənilir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi