İspaniyada koronavirusdan ölüm azalır

İspaniyada koronavirusdan ölüm azalır İspaniyanın Səhiyyə Nazirliyi ölkədə koronavirusa yoluxma və ölüm hallarının statistikasını açıqlayıb.
Digər ölkələr
27 Aprel , 2020 03:00
İspaniyada koronavirusdan ölüm azalır

İspaniyanın Səhiyyə Nazirliyi ölkədə koronavirusa yoluxma və ölüm hallarının statistikasını açıqlayıb.

Bu barədə “Report” xarici mətbuata istinadən xəbər verir.

Qeyd edilir ki, yeni koronavirusdan ölümün bir günlük artımı 288 nəfər təşkil edib. Ölkədə ölüm hallarının ümumi sayı 23 190-a çatıb.

İspaniyada 20 martdan sonra ilk dəfə bir gün ərzində COVID-19-dan ölüm faizinin ən aşağı göstəricisi qeydə alınıb. Martın 20-də bu rəqəm 235 təşkil edib.

Ölkədə son gün ərzində koronavirusa yoluxanların sayı 1 729 nəfərdir. Bununla da COVID-19 xəstələrinin ümumi sayı 225 488-ə yüksəlib.

Ötən gün İspaniyada 3 024 xəstə sağalıb. Pandemiya müddətində sağalaraq xəstəxanalardan evə buraxılanların ümumi sayı 98 732 nəfər təşkil edir. 

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 210 ölkə və bölgədə qeydə alınıb.

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, dünyada koronavirusa yoluxanların sayı 2 804 796-ya çatıb, ölüm hallarının sayı 193 722 təşkil edir.

ÜST fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Son xəbərlər

Orphus sistemi