İspaniyada koronavirusa yoluxanların sayı 200 000-i ötdü

Digər ölkələr
  • 20 aprel, 2020
  • 09:24
İspaniyada koronavirusa yoluxanların sayı 200 000-i ötdü

İspaniyada ötən sutka 399 nəfər koronavirusun qurbanı olub.

“Report” xəbər verir ki, bu barədə İspaniya Səhiyyə Nazirliyi məlumat yayıb.

Bununla da ölkədə pandemiyadan ölənlərin sayı 20 852-yə çatıb.

Bundan başqa, ölkədə daha 4 266 nəfərə koronavirus diaqnozu qoyulub və beləliklə, İspaniyada infeksiya daşıyıcılarının sayı 200 210-a yüksəlib.

Son xəbərlər

Bütün Xəbər Lenti