İspaniyada koronavirusa ilk yoluxma hadisəsi qeydə alınıb
Digər ölkələr
- 01 fevral, 2020
- 00:54
İspaniyada koronavirusa ilk yoluxma hadisəsi qeydə alınıb.
“Report” xarici mətbuata istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nаzirliyi bildirib.
Qeyd edilir ki, virus beş alman turistindən birində aşkarlanıb. Onlar Homera (Kanar adaları) adasının klinikasında karantində olublar və analizlər Madriddəki III Karlos İnstitutuna göndərilib.
“Analizlərdən biri müsbət nəticə verib”, - Səhiyyə Nаzirliyinin xəbərində deyilir.
Virusun aşkarlandığı turist ətraf aləmdən təcrid olunub.
Daha əvvəl bildirilirdi ki, beş alman turistindən ikisi Almaniyada koronavirus aşkarlandığı şəxslərlə ünsiyyətdə olublar. Alman həkimlər ispaniyalı həmkarlarına bu barədə xəbərdarlıq etdilər. Bundan sonra turistlər karantinlə göndəriliblər.
Son xəbərlər
08:12
İsrail Ordusu İrandan yeni raket atışı barədə məlumat yayıb
Digər ölkələr07:34
İran ABŞ və İsraili hücumları davam etdirəcəkləri təqdirdə ciddi fəsadlarla hədələyib
Region07:08
Britaniya hərbi bazası yaxınlığında İranda müharibəyə etiraz edənlər həbs olunub
Digər ölkələr06:40
DİM bu gün DSX-nin Xüsusi Məktəbinin V sinfinə qəbul imtahanı keçirəcək
Elm və təhsil06:32
Küveytdə neft emalı zavoduna dron hücumu olub, yanğın baş verib
Digər ölkələr06:00
Bu gün 50 minə yaxın şagird buraxılış imtahanı verəcək
Elm və təhsil05:51
KİV: İran İsrailin elektrik stansiyalarını hədəf siyahısına əlavə edib
Region05:20
ABŞ-də avtomobil izdihama çırpılıb, 15 nəfər xəsarət alıb
Digər ölkələr04:44