İspaniyada bütün hotellər bağlanacaq

Digər ölkələr
  • 20 mart, 2020
  • 01:30
İspaniyada bütün hotellər bağlanacaq

İspaniya hakimiyyəti koronavirusla mübarizə proqramı çərçivəsində turistlər üçün bütün hotelləri və digər obyektləri bağlayacaq.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə rəsmi hökumət qəzetində dərc edilmiş fərmanda qeyd olunub.

Hotellərin bağlanması yalnız müştərilərin olmadığı vaxtda baş verəcək. 

İspaniyanın xarici işlər naziri Arança Qonsalez bütün turistləri ölkəni tərk etməyə çağırıb və İspaniya hakimiyyətinin onlara kömək edəcəyinə söz verib.

Qeyd edək ki, çərşənbə günü Böyük Britaniyanın xarici siyasət idarəsi İspaniyadakı bütün həmvətənlərinə ölkəyə dönmələrini tövsiyə edən bəyanat yaymışdı. Buna səbəb isə İspaniyadakı bütün hotellərin 24 martda bağlanacağı göstərilmişdi. Lakin, rəsmi Madrid bu məlumatı təkzib etmişdi. 

44 filmi