İspaniya Senatının başçısı plagiatda şübhəli bilinir

Digər ölkələr
  • 10 sentyabr, 2019
  • 08:04
İspaniya Senatının başçısı plagiatda şübhəli bilinir

İspaniya Senatının (parlamentin yuxarı palatası) sədri Manuel Krus fəlsəfə mövzusundakı dərsliyini hazırlayarkən plagiata əl atmaqda şübhəli bilinir.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə ABC qəzeti məlumat yayıb.

Məlumata görə, söhbət 2002-ci ildə çap edilmiş və 2010-cu ildə yenidən çap olunan "Müasir fəlsəfə" dərsliyindən gedir. 

Universitetdə müəllim də işləyən Senat rəhbərinin kitabında istinad etmədən azı 9 müəllifin işlərindən istifadə etdiyi şübhəsi var.

Nəşrin yazdığına görə, dərslikdə ümumilikdə azı 15 plagiat halı aşkarlanıb. Belə ki, Krus dərsliyində italiyalı filosoflar Nikola Abbanyano (1901-1990) və Canni Vattimonun, eləcə də digər mütəfəkkirlərin əsərlərindən istifadə edib.

İspaniya Senatının sədri hələlik bu məlumata münasibət bildirməyib.