İspaniya gəmisini ABŞ-ın Körfəzə göndərdiyi donanmadan geri çağırıb

İspaniya gəmisini ABŞ-ın Körfəzə göndərdiyi donanmadan geri çağırıb İspaniyanın Müdafiə naziri Marqarita Robles ABŞ-a məxsus “Abraham Lincoln” təyyarə daşıyan gəminin başçılığı ilə Körfəzə doğru hərəkət edən hərbi donanmada 215 nəfərlik şəxsi heyəti olan F-104 “Mendez Nunez” fraqatasını müvəqqəti olaraq geri çəkmək qərar verib.
Digər ölkələr
14 May , 2019 14:12
İspaniya gəmisini ABŞ-ın Körfəzə göndərdiyi donanmadan geri çağırıb

İspaniyanın Müdafiə naziri Marqarita Robles ABŞ-a məxsus “Abraham Lincoln” təyyarə daşıyan gəminin başçılığı ilə Körfəzə doğru hərəkət edən hərbi donanmada 215 nəfərlik şəxsi heyəti olan F-104 “Mendez Nunez” fraqatasını müvəqqəti olaraq geri çəkmək qərar verib.

“Report” "Al Masdar News”a istinadən xəbər verir ki, son günlər ABŞ ilə İran arasında gərginliyin artdığını qeyd edən Müdafiə Nazirliyinin yerli KİV-ə verdiyi məlumata görə, həmin fraqata yalnız dairəvi gözətçilik vəzifələri üçün istifadə oluna bilər.

Bu qərar ispaniyalı nazir tərəfindən ötən gün Brüsseldə Avropa İttifaqına üzv ölkələrin müdafiə nazirlərinin görüşü zamanı verilib.

Qeyd edək ki, “Mendez Nunez” fraqatasının yalnız ABŞ gəmilərindən ibarət döyüş qrupuna daxil etmək qərarı bir il əvvəl verilmişdi. Qrupun tərkibində İspaniya gəmisinin vəzifəsinin aprel ayından oktyabrın sonunadək davam edəcəyi gözlənilir.

Son xəbərlər

Orphus sistemi