Yuxarı

​İŞİD tərəfdarları Liviyanın Sirt şəhərini ələ keçiriblər

Yerli sakinlər onların əmirlik elan edəcəklərindən ehtiyatlanırlar

Bakı. 13 fevral. REPORT.AZ/ "İraq-Şam İslam Dövləti"nə (İŞİD) sadiq terrorçu qüvvələr Liviyanın Sirt şəhərində radiostansiya binasını ələ keçiriblər.

"Report" xəbər verir ki, bu barədə yerli mənbələrə istinadən "Əl-Arabiyyə" telekanalı məlumat yayıb.

Məlumata görə, yaraqlılar hazırda radio vasitəsilə Quran ayələri və İŞİD lideri Əbu-Bəkr əl-Bağdadinin "xütbələr"ini, həmçinin terror qruplaşmasının digər nümayəndələrinin bəyanatlarını yayımlayırlar.

Terrorçular, həmçinin şəhərin mərkəzində öz qərargahlarını yaratdıqlarını bəyan ediblər. Yerli sakinlər onların şəhərdə islam əmirliyi elan edəcəklərindən ehtiyatlanırlar.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi