İŞİD Mosulda 1600-dən çox dinc sakini girov götürüb

İŞİD Mosulda 1600-dən çox dinc sakini girov götürüb Bu barədə BMT-nin Məlumatlar Mərkəzi xəbər yayıb
Digər ölkələr
5 Noyabr , 2016 01:02
İŞİD Mosulda 1600-dən çox dinc sakini girov götürüb

Bakı. 5 noyabr. REPORT.AZ/ İŞİD terrorçuları hökumət qoşunlarının və onların müttəfiqlərinin hava bombardmanlarından canlı sipər kimi istifadə etmək üçün İraqın Mosul şəhərində 1600-dən çox dinc sakini girov götürüb.

"Report"un məlumatına görə, bu barədə BMT-nin Məlumatlar Mərkəzi xəbər yayıb.

Xəbərdə bildirilir ki, BMT-yə çərşənbə günü Mosulun şərqindəki Qadjalıda 180 dövlət qulluqçusunun terrorçular tərəfindən öldürülməsi barədə məlumat daxil olub. 

Həmçinin terrorçuların Mosulda 200 nəfəri öldürməsi ehtimalı var.

Son xəbərlər

Orphus sistemi