İŞİD Misirdə törədilmiş terror aktına görə məsuliyyəti üzərinə götürüb

İŞİD Misirdə törədilmiş terror aktına görə məsuliyyəti üzərinə götürüb Terrorçular xristian koptların avtobusuna hücumun onlar tərəfindən həyata keçirildiyini bildiriblər
Digər ölkələr
28 May , 2017 10:44
İŞİD Misirdə törədilmiş terror aktına görə məsuliyyəti üzərinə götürüb
Courtesy İmage

Bakı. 28 may. REPORT.AZ/ İŞİD terror qruplaşması Misirin El-Minya vilayətində xristian koptlara edilmiş hücuma görə məsuliyyəti üzərinə götürüb.

"Report" xarici mətbuata istinadən xəbər verir ki, bu barədə qruplaşmanın veb-saytında məlumat yayılıb.

Belə ki, terrorçular xristian koptların olduğu avtobusa hücumun onlar tərəfindən həyata keçirildiyini bildiriblər.

Qeyd edək ki, Misirin baş nazirinin administrasiyasının yaydığı bəyanata əsasən hücum zamanı 29 nəfər öldürülüb. Avtobusa silahlı hücumdan sonra Misir ordusu terrorçu qruplaşmanın Liviyanın Derne şəhərindəki mövqeyinə hava zərbəsi endirib. Terror aktının həmin şəhərdəki silahlılarla əlaqəli olduğu bildirilir.

Son xəbərlər

Orphus sistemi