​Koalisiya qüvvələri İŞİD-in mövqelərinə 30 havadan zərbə endirib

​Koalisiya qüvvələri İŞİD-in mövqelərinə 30 havadan zərbə endirib Hücum zamanı silahlıların olduğu binalar və mövqelər hədəfə alınıb
Digər ölkələr
2 Yanvar , 2015 04:41
​Koalisiya qüvvələri İŞİD-in mövqelərinə 30 havadan zərbə endirib
Bakı. 2 yanvar. REPORT.AZ/ ABŞ və beynəlxalq koalisiya üzrə müttəfiqləri dekabrın 31-də Suriya və İraqda "İraq-Şam İslam Dövləti" (İŞİD) terror qruplaşmasının mövqelərinə 29 havadan zərbə endirib.

"Report" "Reuters"ə istinadən xəbər verir ki, koalisiya qüvvələri Suriyanın Rəqqa, Deyr əz-Zor və Kobani şəhərləri yaxınlığına 17 aviazərbə endiriblər. Daha 12 raket zərbəsi İraqda, Mosul, Əl-Fəlluca və Sincar şəhərləri yaxınlığında endirilib.

Qeyd olunur ki, hər iki ölkədə endirilən zərbələr zamanı silahlıların olduğu binalar və onların mövqeləri hədəfə alınıb.

Son xəbərlər

Orphus sistemi