Yuxarı

​Suriyada İŞİD-in nəzarətində olan həbsxanadan 95 məhbus qaçıb

Həbsxana Türkiyə-Suriya sərhədinin 30 km-liyində yerləşir

Bakı. 10 mart. REPORT.AZ/ Suriyanın şimalında İŞİD yaraqlılarının nəzarətində olan həbsxanadan 95 məhbus qaçıb.

"Report" "Reuters"ə istinadən xəbər verir ki, bu barədə Suriyanın İnsan Haqları üzrə Müşahidə Şurası bildirib.

Məlumata görə, qaçanların 30-u kürd yaraqlısıdır.

Xəbərdə bildirilib ki, həmin həbsxana Türkiyə ilə Suriya sərhədindən 30 km aralı, əl-Bab şəhərində yerləşir. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi