Yuxarı

​İŞİD-in İraq və Suriyadakı mövqelərinə 27 zərbə endirilib

Nəticədə terrorçuların nəqliyyat vasitələri, sığınacaqları və artilleriya sistemləri məhv edilib

Bakı. 12 yanvar. REPORT.AZ/ ABŞ və koalisiya qüvvələri "İraq-Şam İslam Dövləti" (İŞİD) terror qruplaşmasının İraq və Suriyadakı mövqelərinə 27 havadan zərbə endirib.

"Report" xəbər verir ki, zərbələrin 16-sı İraq ərazisinə endirilib.

Nəticədə terrorçuların nəqliyyat vasitələri, sığınacaqları və artilleriya sistemləri məhv edilib.

Suriyada hava zərbələri yaraqlıların Kobani şəhərindəki mövqelərinə yönləndirilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi